Gəncədə yaşayış evinin zirzəmisində baş verən yanğın zamanı iki nəfər təxliyyə edilib

Gəncədə yaşayış evinin zirzəmisində baş verən yanğın zamanı iki nəfər təxliyyə edilib
# 06 mart 2015 07:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Gəncə şəhərində yaşayış evinin zirzəmisində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzilin zirzəmisinə yığılmış köhnə ev əşyaları və məişət tullantıları yanıb. Yanğın zamanı qonşu mənzildən 2 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR