Heydər Əsədov akademik Siddiqə Məmmədovanı 90 illik yubileyi münasibətilə təbrik edib

Heydər Əsədov akademik Siddiqə Məmmədovanı 90 illik yubileyi münasibətilə təbrik edib
# 07 mart 2015 16:13 (UTC +04:00)

Heydər Əsədov akademik Siddiqə 90 illik yubileyi münasibətilə təbrik edib

Bakı - APA. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov həyatını respublikamızda entomalogiya elminin inkişafına həsr etmiş akademik Siddiqə Məmmədovanın 90 illik yubileyi münasibətilə onun yaşadığı ünvana gedərək, nazirliyin kollektivi adından və şəxsən öz adından təbrik edib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H.Əsədov S.Məmmədova ilə görüşdə deyib ki, Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutuna rəhbərlik etdiyi 52 il ərzində bitkilərin zərərvericilərinin öyrənilməsi, onlara qarşı mübarizə aparılması sisteminin işlənib hazırlanması və tətbiqi istiqamətində çoxsaylı tədbirlərin, elmi əsərlərin, dərs vəsaitlərinin, sorğu kitablarının, monoqrafiyaların və ixtiraların müəllifi kimi bu elm sahəsində pillə-pillə irəli addımlayaraq elmlər namizədi, elmlər doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü və AMEA-nın həqiqi üzvü kimi elmi zirvələri fəth edib.

S.Məmmədova sovet dövründə “Şərəf Nişanı”, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri, müstəqilliyimiz dövründə “Şöhrət” və Şərəf” ordenləri, çoxsaylı medallara təltif edilib, Türkiyə Cümhuriyyətinin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, “Qızıl Ulduz Medalı”na layiq görülüb. S.Məmmədova 90 illik yubileyi münasibətilə təbrikə görə öz təşəkkürünü bildirib, bundan sonra da kənd təsərrüfatının aqrar elminin inkişafında, gənc nəslin yetişməsində öz bilik və bacarığını əsirgəməyəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR