Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 28 noyabr 2012 07:56 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Ucar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı - Qazax yolunun 234-cü kilometrliyində qeydə alınıb. Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Xəlilov Asif Vahid oğlunun idarə etdiyi “VAZ – 2106” markalı minik maşını ilə Ucar rayon Bağman kənd sakini, 1963-cü il təvəllüdlü Əliyev Aslan Qulammirzə oğlunun idarə etdiyi “VAZ – 21011” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və “VAZ-21011”-in sərnişini, 1979-cu il təvəllüdlü Salmanov Bəhruz Vəli oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR