Göyçayda avtomobil kanala düşüb

Göyçayda avtomobil kanala düşüb
# 17 dekabr 2012 07:39 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda minik maşını suvarma kanalına düşüb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 17-də gecə saat 00:30 radələrində Göyçay-Ucar yolunun 3-cü kilometrliyində, rayonun Potu kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Rəhimov Nəriman İbrahim oğlunun idarə etdiyi 90-LX-107 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını Yuxarı Şirvan kanalının üzərindəki körpünün yanından suya düşüb. Hadisə nəticəsində avtomobil kanalda batsa da, sürücü özünü xilas edə bilib. Hazırda avtomobilin kanaldan çıxarılması üçün tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR