TRACECA dəhlizinin Azərbaycan hissəsində yük daşınması 5%, sərnişin daşınması isə 8% artıb

TRACECA dəhlizinin Azərbaycan hissəsində yük daşınması 5%, sərnişin daşınması isə 8% artıb
# 19 noyabr 2012 14:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında «İpək yolu» (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 42,1 mln. ton və ya ötən ildəkindən 5,4% çox yük, 194,9 mln. nəfər və ya 8,1% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 44,4%-i avtomobil, 37,3%-i dəmir yolu, 18,3%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 7,4%, dəmir yolu nəqliyyatında 6,2% artım qeydə alınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,8%-ni və ya 11,7 mln. tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 318,6 mln. manat, sərnişin daşınmasından isə 61,3 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 19% və 8,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR