Nazirlik: “Alpinizm Federasiyası xarici dövlətələrin “isti ocağına” sığınıb”

Nazirlik: “Alpinizm Federasiyası xarici dövlətələrin “isti ocağına” sığınıb”
# 15 noyabr 2012 19:15 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, Federasiyanın ölkənin ən hündür dağ zirvələrində təlim-məşq toplantılarının keçirilməsinin qadağan edilməsi ilə bağlı mətbauta verdiyi məlumat həqiqətə uyğun deyil.

Nazirlik açıqlamasında qeyd edib ki, federasiya 24 oktyabr-4 noyabr aralarında yüksək dağlıq ərazidə təlim-məşq toplantıları keçirmək barədə qərarını açıqlasa da, toplantının keçiriləcəyi yerlə bağlı qanunun tələbi olan icazə üçün gec müraciət edib: “ Çünki yüksək dağlıq ərazilər əhəmiyyətli təbiət əraziləridir və xüsusi mühafizə edilən təbiət ərazisi statusuna malikdir. Bu ərazilərə nəzərdə tutulan hər bir səfər və ya keçiriləcək tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmaqla xüsusi icazə əsasında həyata keçirilir”.


Nazirlik AAF-dan onlara icazə üçün 18 oktyabr 2012-ci ildə məktubla müraciət olunduğunu bildirib. Lakin rəsmi qurum qanunvericiliyə istinad edərək, müraciətlərə dövlət orqanı tərəfindən 15 gündən 1 ay müddətinədək baxılmalı olduğunu qeyd edib: “AAF-ın müraciəti isə tədbirin keçirilməsinə cəmi 6 gündən də az vaxt qalmış təqdim olunub. Yəni müraciət vaxtında edilməyib”.

Nazirlik daha sonra qeyd edib ki, icazə verilməməsinin digər səbəbi də federasiya rəhbərliyinin məşqlərdə iştirak edəcək şəxslərin hərəkət və davranışlarına məsuliyyət daşımaması ilə verdiyi bəyanatdır. Rəsmi qurum imtina məktubunda hər bir klubun və ya təlimdə iştirak edəcək şəxsin özünün müraciət etməsini tövsiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR