Moqerini: Avropa İttifaqı ilə İran arasında fikir ayrılığı qalmaqdadır

Moqerini: Avropa İttifaqı ilə İran arasında fikir ayrılığı qalmaqdadır
# 16 mart 2015 22:52 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqına üzv ölkələri XİN başçılarının İranla apardıqları danışıqlar faydalı olsa da, tərəflər arasında fikir ayrılığı qalmaqdadır.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.

“Mən İranın nüvə proqramına dair razılaşmanın cizgilərini görürəm, lakin bir sıra ziddiyyətlər aradan qaldırılmalıdır”, deyə F.Moqerini bildirib.

Onun sözlərinə görə, martın 16-da baş tutmuş danışıqlar növbəti görüşlərdə irəliləyişin əldə edilməsinə kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR