İordaniya şirkətləri Azərbaycanın kənd təsərrüfatına maraq göstərir

İordaniya şirkətləri Azərbaycanın kənd təsərrüfatına maraq göstərir
# 30 aprel 2012 07:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İordaniya şirkətləri Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələri və qida sənayesi üzrə yerli şirkətlərlə birgə investisiya layihələrinin həyata keçirilməsini təklif edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, layihələr əsasən istehsal gücünün genişləndirilməsi, yeni bazarlara çıxış və yeni müasir texnologiyaların tətbiqinə yönəlib. Təkliflərlə bağlı maraqlananlar Azpromo-ya müraciət edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR