Azərbaycanın xarici işlər naziri Meksikada ikitərəfli görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Meksikada ikitərəfli görüşlər keçirib
# 20 fevral 2012 08:20 (UTC +04:00)
Bakı – APA. Meksikada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirakı çərçivəsində İtaliyanın xarici işlər üzrə dövlət katibi Marta Dassu ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin genişləndirilməsi imkanları ətrafinda fikir mübadiləsi aparıblar.

İtaliya tərəfi Azarbaycanla xüsüsilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib və bu məqsədlə iki ölkə rəsmiləri arasında səfər mübadiləsinin hayata keçirilməsinin önəmini qeyd edib. Elmar Məmmədyarov Azarbaycanın İtaliya ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu söyləyərək səfər mübadilələrinin buna təkan verəcəyini deyib.

Nazir ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla da görüş keçirib. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın hazırki durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib.

E. Məmməyarovun ispaniyalı həmkarı Xose Manuel Qarsia-Marqallo ilə keçirdiyi görüşdə iki ölkə arasındakı ikitərəfli əlaqələrin hazırki durumu barədə fikir mübadiləsi aparılaraq enerji, turizm və ticarət sahəsində əməkdaşlığın əhəmiyyəti vuyrğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR