CAREC ölkələri yeni regional nəqliyyat layihələrinə 23 mlrd. dollar sərmayə yatıracaq

CAREC ölkələri yeni regional nəqliyyat layihələrinə 23 mlrd. dollar sərmayə yatıracaq
# 31 oktyabr 2012 11:51 (UTC +04:00)
Asiya İnkişaf Bankının Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, nazirlərin iclasında təqdim olunmuş Vuhan Fəaliyyət Planı Qafqaz və Çini, Şimali Qazaxıstanı Pakistanda Karaçi və Guadardakı ticarət mərkəzləri ilə birləşdirən altı əsas dəhlizin yaradılmasına kömək edəcək 68 nəqliyyat layihələrinə üstünlük verəcək. Bu, insanların və ticarət mallarının ölkələr arasında asanlıqla hərəkət etməsi üçün sərhəd və gömrük sisteminin yaxşılaşdırılması ilə həyata keçiriləcək. Bundan əlavə, CAREC ölkələri enerji vasitələrinin yaxşılaşdırılması üçün vəsaitlər cəlb edəcək.

CAREC çoxtərəfli partnyor institutları olan Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı və ABŞ, Fransa, Yaponiya, Böyük Britaniyadan olan ikitərəfli donor təşkilatlarının nümayəndələri Vuhan Fəaliyyət Planına dəstək verəcəklərini təsdiqləyib.

Məlumatda deyilir ki, Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı təmsil edən nazirlər analitik iş vasitəsilə strateji layihələri dəstəkləmək üçün 2014-cü ilə qədər regionda CAREC İnstitutu üçün bazanın yaradılması barədə razılığa gəliblər.

Qeyd edək ki, 2001-ci ildən CAREC regionda 4 000 km yol, 3 200 km dəmiryolu və 2 300 km elektrik xətlərinin daxil olduğu 120 layihəyə 19 mlrd. dollar investisiya yatırıb. CAREC nazirlərinin 2011-ci ilin noyabrında Bakıda keçirilən görüşündə region üçün CAREC-2020 çərçivəsi təsdiq olunub. Növbəti görüşün 2013-cü ildə Qazaxıstanda keçirilməsi planlaşdırılır.

Asiya İnkişaf Bankı 2001-ci ildən CAREC-ə katiblik edir. Manilada yerləşən AİB iqtisadi inkişaf, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya vasitəsilə Asiya və Sakit okean regionunda yoxsulluğun azaldılması üzrə fəaliyyət göstərir. Bank 1966-cı ildə yaradılıb və Banka 67 üzv ölkə daxildir - onlardan 48-i regionda yerləşir. Ötən il AİB-in birgə maliyyələşdirməsi 21,7 mlrd. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR