Böyük Britaniya nümayəndə heyəti ADU-da olub - FOTO

Böyük Britaniya nümayəndə heyəti ADU-da olub - <font color=red>FOTO</font>
# 22 iyun 2012 08:59 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Böyük Britaniya Xarici işlər Nazirliyinin Şərq araşdırmalar qrupunun və Cənubi Qafqaz üzrə rəhbəri Alan Partfitt və Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Beytmanı qəbul edub. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor qonaqları ADU-da görməkdən məmnun olduğunu bildirib. Parlamentlərarası əlaqələrə toxunan S. Seyidov Böyük Britaniya ilə birbaşa və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən və ikitərəfli əməkdaşlıqdan danışıb.

Səməd Seyidov rektoru olduğu universitet haqqında qonaqlara məlumat verərək 5000 tələbənin təhsil aldığını onların diqqətinə çatdırıb. O, ADU-nun Böyük Britaniyanın bir sıra aparıcı təhsil ocaqları, o cümlədən Esseks, İpsviç, Qlazqo universitetləri ilə əlaqələr qurduğunu qeyd edib.
Rektor, həmçinin rəhbərlik etdiyi ali məktəbin British Council ilə əməkdaşlığından söz açıb.

Görüşdə ikitərəfli əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib, bir sıra beynəlxalq və regional məsələlər haqda fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR