Bu gün Xəzər və Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Xəzər və Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq
# 20 aprel 2012 10:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakının Xəzər və Binəqədi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan 18:00-dək «Digah» və «Binə» Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Xəzər rayonunun Binə qəsəbəsinə və Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR