Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin sentyabr renkinqində liderliyi «Chelsea Capital» ələ keçirib

Azərbaycanın qiymətli kağızlar bazarında brokerlərin sentyabr renkinqində liderliyi «Chelsea Capital» ələ keçirib
# 03 oktyabr 2012 08:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə «Chelsea Capital» MMC başçılıq edir.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, şirkət müştərilərə ümumi dəyəri 17,033 mln. manatlıq broker xidmətləri göstərib. İkinci yeri müştərilərə ümumilikdə 7,263 mln. manatlıq broker xidmətləri göstərmiş «Unicapital» şirkəti tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 6,992 mln. manatla «BoB Broker» şirkəti qərarlaşıb.

2012-ci il sentyabr ayı üzrə DQK bazarında göstərilmiş
xidmətlərin həcminə görə brokerlərin renkinqi


Mövqe (sentyabr, 2012)

Mövqe (avqust, 2012)

Brokerlər

Əməliyyatların həcmi
(AZN)

1

4

Chelsea Capital

17 033 193,27

2

-

Unicapital

7 262 507,50

3

1

BoB Broker

6 992 384,00

4

3

Texnika Сapital Management

3 545 251,72

5

5

Brokdil-Az

2 350 096,46

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR