Səudiyyə Ərəbistanı hökuməti: Bəşər Əsəd könüllü getməsə, zorla göndəriləcək

Səudiyyə Ərəbistanı hökuməti: Bəşər Əsəd könüllü getməsə, zorla göndəriləcək
# 30 sentyabr 2015 09:17 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl Cubeyr Nyu Yorkda ölkəsinin müttəfiqləri ilə keçirdiyi görüşdən sonra bildirib.


Nazir Rusiyanın “İŞİD“lə mübarizədə Bəşər Əsədə kömək etmək üçün beynəlxalq koalisiya yaradılması barədə çağırışını rədd edib. O, vəziyyətdən yeganə çıxış yolunun Suriya prezidentinin hakimiyyətdən getməsi olduğunu deyib: “Suriyada Əsəd üçün bir gələcək yoxdur”.


Əl Cubeyrin fikrincə, Suriyadakı problemin tənzimlənməsinin iki yolu var: “Ən əlverişli variant keçid şurasının yaradılmasını nəzərdə tutan siyasi prosesdir. Digər variant isə yenə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnəcək hərb yoludur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR