Natiq Əliyev: "Neftin ucuzlaşması Azərbaycanı narahat etmir"

Natiq Əliyev: "Neftin ucuzlaşması Azərbaycanı narahat etmir"
# 02 iyun 2016 08:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Dünya bazarında neftin ucuzlaşması Azərbaycanı narahat etmir".

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev deyib.

"Biz həyata keçirdiyimiz meqa layihələri davam etdiririk. Layihələrin reallaşdırılmasında ləngimə yoxdur. Əksinə, sözügedən enerji layihələri üzrə işlər sürətlə aparılır. Hamı bilməlidir ki, Azərbaycan meqa enerji layihələrinin həyata keçirilməsində qətiyyətlidir", - deyə nazir qeyd edib.

N. Əliyev əlavə edib ki, enerji layihələrində Azərbaycanın tərəfdaşı olan ölkələr ölkəmizi dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR