Abşeron rayonunda 1 otaqlı mənzil yanıb

Abşeron rayonunda 1 otaqlı mənzil yanıb
# 20 sentyabr 2016 00:15 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır kəndində doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR