Xaçmazda 39 yaşlı kişi bıçaqlanıb

Xaçmazda 39 yaşlı kişi bıçaqlanıb
# 14 oktyabr 2015 07:14 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Rəşad Tanrıverdiyev bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. R.Tanrıverdiyevə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Aparılan araşdırmalar zamanı onun Rasim Paşayev tərəfindən bıçaqlandığı müəyyənləşib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR