Bakıda avtomobil 81 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil 81 yaşlı kişini vuraraq öldürüb
# 27 noyabr 2015 07:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti 81 ünvanında “Hyundai” markalı, 90 XT 346 dövlət nömrə nişanlı avtomobil yolu keçən 1934-cü il təvəllüdlü Əlişan Əbiyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR