Şirvanda betonqarışdıran avtomobil yoldan çıxaraq aşıb

Şirvanda betonqarışdıran avtomobil yoldan çıxaraq aşıb
# 04 noyabr 2016 11:53 (UTC +04:00)

Şirvanda betonqarışdıran avtomobil yoldan çıxaraq aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şirvan-Sabirabad yolu istiqamətində qeydə alınıb. Tikinti şirkətlərindən birinə məxsus olan “Iveco” markalı, 90 JZ 202 dövlət nömrə nişanlı avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan olmasa da, şirkətə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR