Qaçaqmalçılıq yolu ilə İrana spirtli içki aparılmasının qarşısı alınıb

Qaçaqmalçılıq yolu ilə İrana spirtli içki aparılmasının qarşısı alınıb
# 06 yanvar 2017 07:30 (UTC +04:00)

Azərbaycandan İrana spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən İran vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı sərnişin avtobusu saxlanılıb və nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılıb.

Yoxlama zamanı, avtobusun arxa təkərinin üstündə yük üçün nəzərdə tutulmuş yerdən, həmin yerin metal döşəməsinin altındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilib, Azərbaycanın aksiz markası ilə markalanmış 110 ədəd müxtəlif adda 1 litrlik araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR