Gürcüstanda iki qubernator istefa verib

Gürcüstanda iki qubernator istefa verib
# 09 avqust 2017 14:44 (UTC +04:00)

Gürcüstanın Quriya bölgəsinin qubernatoru Giya Salukvadze və Raça-Leçxumi-Kvemo Svaneti bölgəsinin qubernatoru Papuna Marqveladze istefa veriblər.

APA-nın yerli bürosunun məlumatına əsasən, G. Salukvadze 2015-ci ildə, P. Marqveladze isə 2013-cü ildə qubernator vəzifəsinə təyin olunub.

G. Salukvadze başqa vəzifədə çalışacağını bildirib, P. Marqveladze isə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəhbərinin müşaviri vəzifəsini yerinə yetirəcək.

İstefa vermiş qubernatorların yerinə hələlik təyinat olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR