Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində “VAZ 21014” markalı minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü oğlanı vurub. Məktəbli dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.