Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri dəyişib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri dəyişib
# 09 mart 2017 13:32 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri dəyişib.

APA-nın məlumatına görə, Dövlət Komitəsinin Aparat rəhbəri Elmar Hüseynzadə vəzifəsindən azad edilib.

Bu vəzifəyə Ağamirzə Canmirzəyev təyin edilib. Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarda müvafiq dəyişiklik edib. Qərara əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru Süleyman Cabbarov da Kollegiya üzvü təyin edilib.

A. Canmirzəyev bundan əvvəl Dövlət Komitəsinin Texniki normalar və lisenziya şöbəsinin müdiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR