Əli Əhmədov: "Əsas məqsədimiz Xocalı soyqırımını törədənlərin hüquqi müstəvidə cəzalandırılmasıdır"

Əli Əhmədov: "Əsas məqsədimiz Xocalı soyqırımını törədənlərin hüquqi müstəvidə cəzalandırılmasıdır"
# 25 fevral 2017 08:32 (UTC +04:00)

"Xocalı soyqırımı ilə bağlı Şəhidlər xiyabanında abidə qoyulması, protokola salınması barədə Milli Məclisdə qaldırılan təklif müsbət qarşılanır. Amma bizim ən əsas məqsədimiz bu soyqırımı törədənlərin hüquqi müstəvidə cəzalandırılmasıdır".

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti imkan daxilində lazım olan bütün addımları atır: "Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir. Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR