Kimya üzrə Nobel mükafatı amerikalı və almaniyalı alimlərə verilib

 Kimya üzrə Nobel mükafatı amerikalı və almaniyalı alimlərə verilib
# 08 oktyabr 2014 13:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2014-cü ilin Kimya üzrə Nobel mükafatı amerikalı alimlər Erik Betsiq, Uilyam E. Morner və almaniyalı professor Stefan B. Hellə verilib. APA-nın Nobel Komitəsinin saytına istinadən verdiyi məlumata görə, alimlər bu mükafata “yüksək keyfiyyətli fluoressent mikroskopiyanın inkişafına görə” layiq görülüblər.

Erik Betsiq ABŞ-ın Howard Hughes Tibb Universitetinin, Uilyam E. Morner Stanfor Universitetinin, almaniyalı alim Stefan B. Hell isə Alman Xərçəng Tədqiqatları Mərkəzinin əməkdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR