Şirvan polisi külli miqdarda narkotik vasitə müsadirə edib

Şirvan polisi külli miqdarda narkotik vasitə müsadirə edib
# 27 sentyabr 2014 08:55 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan polisinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi tutulub.

Şirvan polis şöbəsindən APA - nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gecə Şəmkir rayonu Dağ daşbulaqlı kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Dağıstan Seyfəli oğlu narkotik vasitə olan qurudulmuş marixuananı şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Onun üzərindəki bağlamaya baxış keçirilərkən 4,2 kiloqram yüksək keyfiyyətli qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR