İstanbulda keçirilən beynəlxalq kitab sərgisində Azərbaycan da təmsil olunur - FOTO

İstanbulda keçirilən beynəlxalq kitab sərgisində Azərbaycan da təmsil olunur  - <span style="color: red;">FOTO
# 04 noyabr 2013 14:03 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İstanbulda 32-ci Beynəlxalq Kitab Sərgisi başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, TÜYAP sərgi və konqres mərkəzində keçirilən kitab bayramına Türkiyədən və dünyanın bir çox ölkələrindən 700-dək nəşriyyat qatılıb. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Nazirlikdən bildiriblər ki, sərgidə 300 adda 1000 nüsxəyə yaxın kitab, eləcə də Azərbaycanın turizm potensialı barədə 20 adda 700 nüsxədən çox reklam materialları sərgilənir.

Noyabrın 3-də sərgi çərçivəsində “Sözün iki qanadı - Məhsəti Gəncəvi, Nigar Rəfibəyli” mövzusunda elmi, ədəbi-bədii tədbir keçirilib. Məhsəti Gəncəvinin 900 illiyi və xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq keçirilən tədbirdə rəsmilər, millət vəkilləri, ədəbiyyat, mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirin sonunda əməkdar artist Fehruz Məmmədovun rəhbərlik etdiyi muğam qrupunun ifası dinlənilib. 32-ci İstanbul Beynəlxalq Kitab Sərgisi noyabrın 10-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR