Texasda baş vermiş yol qəzasında 40 qeyri-leqal immiqrant xəsarət alıb

Texasda baş vermiş yol qəzasında 40 qeyri-leqal immiqrant xəsarət alıb
# 14 noyabr 2013 23:54 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında avtobusun qəzaya uğraması nəticəsində 40-dan çox qeyri-leqal immiqrant xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, salonunda 40-dan çox deportasiya ediləcək qeyri-leqal immiqrantın olduğu immiqrasiya və gömrük məsələləri üzrə idarəyə məxsus avtobus Salvadordan aeroporta gedirmiş. Harlicen şəhərinin yaxınlığında avtobus naməlum səbəbdən ayırıcı səddə çırpılaraq aşıb.

Yerli hakimiyyət qurumlarının məlumatına görə, 2 sürücü daxil olmaqla xəsarət alan immiqrantlar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR