“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib - FOTO

“Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda  konfrans keçirilib - <span style="color: red;">FOTO
# 06 may 2015 08:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda dövlət rəsmiləri, millət vəkilləri, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları iştirak ediblər. Konfransda çıxış edən baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Heydər Əliyev nadir bir şəxsiyyət olub: “Nadir tarixi şəxsiyyət təsadüfi olmur, onu formalaşdıran amillərdir. Bunlar genetik amil, ailədə alınan tərbiyə və düşdüyü mühitdir. Heydər Əliyevdə olan qətiyyət, prinsipiallıq genetikdir. Vətənə, xalqa məhəbbət isə ailədə formalaşıb”.

Ə. Həsənov bildirib ki, SSRİ dövründə Heydər Əliyev Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirib.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıxov qeyd edib ki, Heydər Əliyev ən çətin dövrdə məsuliyyətdən qaçmayıb, xalqına arxa olub: “Heydər Əliyev mətbuat üzərində senzuranı ləğv edib, torpaq islahatını həyata keçirib. Bu, cəsarət və qətiyyət tələb edən addımlar idi”.

Heydər Əliyev və prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində gördükləri işlərdən söz açan B. Əliyev bu gün artıq qaçqın və məcburi köçkünlər üçün 83 qəsəbənin salındığını söyləyib. Baş redaktor Azərbaycanda idman sahəsində görülən işlərə də toxunub: “Prezident İlham Əliyev və Mehriban Əliyevanın sayəsində Birinci Avropa Oyunları ilə bağlı 7 ilə görülməli olan işi 2 ilə görülüb. İnanıram ki, Dağlıq Qarabağ münaqişəsi də tezliklə həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR