«Bank Standard» plastik kartlarla bağlı yeni xidmətlərini təqdim edib

«Bank Standard» plastik kartlarla bağlı yeni xidmətlərini təqdim edib
# 06 fevral 2014 09:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC müştərilərinə doğum günlərində debet kartlarını pulsuz sifariş etmək imkanı verir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu sifariş «MasterCard Standard», «GəncKart» və «Visa Classic» debet kartlarına şamil edilir.


Debet kartını bankın baş ofisi və ya istənilən filialına müraciət etməklə sifariş vermək olar. «MasterCard Standard» və «Visa Classic» kartlarının sifarişi və istifadəsi qaydaları haqqında məlumatla göstərilən linkdə https://bankstandard.com/az/cards/payment/101/ tanış olmaq olar.

«GəncKart» tarifləri isə qeyd olunan linkdə (https://bankstandard.com/az/cards/payment/104/) göstərilib.


Qeyd edək ki, bank bundan əlavə «MasterCard Platinum» və ya «Visa Platinum» kartlarının istənilən ünvana pulsuz çatdırılma xidmətinin göstərildiyini elan edib. Kartın pulsuz çatdırılması yalnız Bakı və Abşeron ərazisində mümkündür. Platinum kartlarının tarif və şərtləri ilə https://bankstandard.com/az/cards/payment/103/ saytında tanış olmaq mümkündür.


Daha ətraflı məlumatı isə https://bankstandard.com/az/ veb-səhifədən və ya 158 nömrəsinə zəng vurmaqla əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR