Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə AKP qalib gəlir - YENİLƏNİB-4 - VİDEO

Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə AKP qalib gəlir - <span style="color: red;">YENİLƏNİB-4  - <span style="color: red;">VİDEO
# 31 mart 2014 00:50 (UTC +04:00)

Məlumata görə, AKP səslərin 46,92% , CHP-27,79%, MHP-14,41%, BDP-2,99%-ni qazanıb.

***

02:15

Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanır. İlkin nəticələrə görə, AKP böyük fərqlə öndədir. APA-nın Türkiyənin rəsmi “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Bakı vaxtı ilə saat 02.00-a olan məlumata görə, indiyə qədər seçki qutularının 50 faizi açılıb.

Məlumata görə, AKP səslərin 47,3% , CHP-27,59%, MHP-14%, BDP-3,03%-ni qazanıb.

Türkiyədə gərgin mübarizə aparılan üç önəmli şəhərdə- İstanbul və Ankarada AKP, İzmirdə isə CHP öndədir.

***

30.03.2014

23:10

Bakı-APA. Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanır, ilkin nəticələrə görə, hazırda hakimiyyətdə olan AKP öndədir. APA-nın Türkiyənin rəsmi “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, indiyə qədər seçki qutularının 18,6 faizi açılıb.

Məlumata görə, AKP səslərin 48,56, CHP-26,65, MHP-13,42, BDP-3,34 faizini qazanıb. Ekspertlərin əvvəlcədən də qızğın mübarizə olacağını proqnozlaşdırdıqları üç şəhərində- İstanbulda AKP, Ankarada CHP, İzmirdə CHP öndədir.

Diqqət mərkəzində olan rayonlardan biri də Ərzurumdur. Bura AKP-nin son aylardakı əsas müxalifətinə çevrilmiş "Hizmət" Hərəkatının lideri Fətullah Gülenin doğulduğu rayondur. İlkin nəticələrə görə, Ərzurumda səslərin 59, 92 faizini AKP-nin namizədi qazanıb.

Ümumilikdə Türkiyənin 46 rayonunda AKP öndədir.

***

22:17

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələrinin açıqlanmasına başlanılıb. APA-nın xəbərinə görə, artıq Türkiyə üzrə səslərin 10 faizi artıq bəlli olub.

İlkin nəticələrinə görə, İstanbulda CHP, Ankarada AKP, İzmirdə CHP, Adanada MHP, Antalyada CHP, Diyarbəkirdə BDP, Qarsda MHP namizədləri öndədir.

Türkiyənin ümumi mənzərəsinə görə isə indiyə qədər açıqlanan nəticələrə görə, AKP öndədir.

***

21:42

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermə başa çatıb. APA-nın xəbərinə görə, artıq səslərin 1,5 milyonu sayılıb. İndiyə qədər olan məlumata görə, ölkə üzrə olan 194.495 seçki qutusundan 1.8700-nin nəticəsi artıq bəllidir.

İlkin nəticələrin Türkiyə vaxtı ilə saat 19:00-20:00 arasında açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR