Hüquq müdafiəçiləri polis idarəsində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis idarəsində monitorinq keçiriblər
# 03 noyabr 2015 09:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, hazırda saxlanma yerində 8 nəfər saxlanılır: “Havalar soyuq olduğu üçün istilik sisteminin işləməsini yoxladıq, dərman preparatlarına baxdıq. Hər şey qaydasındadır. Saxlanılan şəxslərin tibbi kartları yazılır. Onların saxlanma şəraiti, qeyri-insani rəftarla bağlı bizə şikayətləri olmadı”.

Hüquq müdafiəçisi polis idarəsinin rəisi Əkbər İsmayılovla da görüşdüklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR