Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasına yola düşüb

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasına yola düşüb
# 01 oktyabr 2014 07:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün bu gün İsveçrənin Cenevrə şəhərinə yola düşüblər.

Parlamentdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputat Azay Quliyev daxildirlər.

Sessiya çərçivəsində öncə “ATƏT PA-nın Aralıq dənizi forumu” keçiriləcək. Sonra “Təhlükəsizliyin yeni çağırışlarında parlamentlərin rolu” mövzusunda konfrans olacaq. Tədbiri ATƏT PA-nın sədri İlkka Kanerva açacaq. Üç sessiyadan ibarət konfransda hərbi-siyasi, iqtisadi və ekoloji, insan meyarlarına diqqət yetiriləcək. Mülki əhalinin partlayıcı əşyalardan qorunması, silahlanmaya və tərksilah olunmaya nəzarətdə parlamentlərin rolu, zorakılığın dəyişən siması, hərbi və mühafizə şirkətlərinin fəaliyyətinin tənzimlənməsində dövlətlə özəl qurumların tərəfdaşlığı, iqtisadi və ekoloji məsələlərdə ATƏT-in fəaliyyəti, milli azlıqların müdafiəsində qurumun rolu və digər mövzular nəzərdən keçiriləcək. Fikir mübadiləsi aparılacaq.

Qurumun Daimi komitəsinin iclasında bir sıra təşkilati məsələlərə də baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR