Azərbaycan vətəndaşlarına Rusiyada narkotik qaçaqmalçılığına görə 15 il həbs cəzası verilib

Azərbaycan vətəndaşlarına Rusiyada narkotik qaçaqmalçılığına görə 15 il həbs cəzası verilib
# 27 iyun 2014 11:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA. Rusiyanın Kemerovo vilayətinin Kuzbas regionunda Azərbaycan vətəndaşlarına 15 il cəza kəsilib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Novokuznetsk şəhər məhkəməsi onları regiona qaçaqmalçılıq yolu ilə dəyəri 200 mln. rubl (təqribən 4,7 mln. manat) olan 260 kq-dan artıq əfqan həşişi gətirdiklərinə görə azadlıqdan məhrum edib.

Qeyd edək ki, qaçaqmalçılıq tədarükü kanalı 2011-ci ilin yanvar ayında Rusiya Narkotiklərə Nəzarət Federal Xidməti və yerli polisin birgə keçirdiyi əməliyyat zamanı aşkar edilib. Həşiş dəmir yolu vasitəsi ilə şüşə qablarında daşınırmış.

“Məlum olub ki, bu prosesdə şəhərin iki sakini – Azərbaycan vətəndaşları iştirak edirlər. Onlardan biri həmçinin Türkiyə vətəndaşıdır və təşkilatçı qismində çıxış edib”, - deyə regionun yerli hüquq-mühafizə orqanlarının məlumatında qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR