BMW aşıb, 1 nəfər ölüb

BMW aşıb, 1 nəfər ölüb
# 04 noyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 416-cı kilometrliyində qeydə alınıb.

Bakı şəhər sakini Aqil Fətullayev idarə etdiyi BMW markalı avtomobili aşırıb. Nəticədə xəsarət alan Aqil Fətullayev və onun sərnişinləri – həyat yoldaşı Gülşən, habelə Bakı sakini Aytən Hüseynova xəstəxanaya yerləşdiriliblər. Aytən Hüseynova orada ölüb, Aqil Fətullayev və Gülşənin vəziyyətləri isə qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR