Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin yeni inzibatı binası istifadəyə verilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilmiş açılış mərasimində «Azəriqaz» İB və Zaqatala rayon İcra Hakimiyyəti rəsmi nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər. Tədbirdə qeyd edilib ki, 330 kv. metr sahəsi olan Zaqatala rayon Qaz İstismar Sahəsinin inzibati binasında işlər tamamlanıb. İki mərtəbəli inzibatı binanın birinci mərtəbəsində 8 iş otağı, yeməkxana, Qəza Dispetçer Xidməti, ikinci mərtəbədə isə 12 iş otağı və akt zalı yerləşir. Ərazidə nəzarət-buraxılış məntəqəsi, içməli və yanğından mühafizə üçün su anbarları inşa edilib. Həmçinin, inzibatı binanın həyətində işçilərin istirahəti üçün oturacaqlar quraşdırılıb, sahəsi 90 kv. metr olan daha bir anbar tikilib.
Zaqatala rayon Qaz İstismar Sahəsinin yeni inzibatı binası açılıb - VİDEO
09 noyabr 2013 15:49 (UTC +04:00)
Sənaye və energetika
Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib
12:45
25 may 2024
Elektrik enerjisinə dair tariflər tənzimlənəcək
12:18
25 may 2024
Elektrik enerjisi ilə əlaqədar bazar operatoru yaradılacaq
12:11
25 may 2024
“Azərişıq” ASC-nin tabeliyində yeni hüquqi şəxslər yaradılacaq
11:53
25 may 2024