ABŞ Konqresi dövlət büdcəsinin layihəsini təsdiq edib

ABŞ Konqresi dövlət büdcəsinin layihəsini təsdiq edib
# 17 oktyabr 2013 06:57 (UTC +04:00)

«APA-Economics»in «Reuters»ə istinadən verdiyi məlumata görə, bununla da ABŞ-da texniki defoltdan qaçmaq və dövlət müəssisələrinin işini bərpa etmək mümkün olacaq.

Nümayəndələr Palatasında məsələ ilə bağlı səsvermə dünən axşam (Bakı vaxtı ilə bu gün səhər saatlarında) keçirilib. Qanun layihəsinin lehinə 285, əleyhinə isə 144 konqresmen səs verib. Sənədi ABŞ Senatı da qəbul edib.

Xatırladaq ki, Nümayəndələr Palatasında çoxluq təşkil edən respublikaçılar və səhiyyə islahatlarında maliyyələşdirmə məsələsində Senata nəzarət edən demokratlar arasındakı fikir ayrılıqları oktyabrın 1-də ABŞ-da başlayan yeni maliyyə ilində büdcə layihəsinin Konqres tərəfindən qəbul edilməsinə imkan verməmişdi. Nəticədə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar işini dayandırıb, 800 min nəfər dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR