Energetika naziri: “TANAP üçün artıq borular sifariş verilib” - VİDEO

Energetika naziri: “TANAP üçün artıq borular sifariş verilib” - <span style="color: red;">VİDEO
# 14 may 2014 16:52 (UTC +04:00)

Bu məqsədlə Azərbaycan prezidenti tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası bu gün 45 milyard dollar sərmayə qoyulacaq dörd böyük layihə ilə məşğuldur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib. O bildirib ki, bu layihələr sırasına daxil olan “Şahdəniz” layihəsinin tam miqyaslı işlənilməsi çərçivəsində iki platforma tikiləcək. Nazir qeyd edib ki, Cənubi Qafqaz boru kəməri Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər genişləndirilməlidir. Onun sözlərinə görə, kəmərlə bağlı mühəndis işləri təhlil olunub, Dövlət Komissiyası tərəfindən bəzi qərarlar qəbul edilib, maliyyələşmə məsələsi həllini tapıb: “Ən mühüm layihələrdən biri də Trans-Anadolu kəmərinin (TANAP) tikintisidir. Bu layihədə operator Azərbaycandır, ölkəmiz maliyyələşmənin əksəriyyətini öz üzərinə götürüb. Bu yaxınlarda İstanbulda olarkən TANAP layihəsi ilə bağlı bütün işlərlə məşğul olduq. Həm Azərbaycan, həm də Türkiyə hökuməti tərəfindən vaxtlı-vaxtında qərarlar qəbul edilir, köməkliklər göstərilir. Hansı çətinliklər varsa, operativ həll olunur. TANAP çox mürəkkəb layihədir, həm Türkiyənin ərazisində qurudan, həm də dənizdən kəmər keçəcək. Bunun üçün layihələr hazırlanıb. Boru və digər ləvazimatlarla bağlı artıq sifariş verilib, hazırlıq işləri görülüb. İnanıram ki, TANAP layihəsi vaxtında istifadəyə veriləcək”.

N. Əliyev Trans-Adriatik boru kəmərinin (TAP) də mühüm olduğunu qeyd edib: “Bu kəmər Adriatik dənizinin dibi ilə İtaliyaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. Bu layihələr 5 il ərzində həyata keçiriləcək və 5 il ərzində Avropanın enerji xəritəsi dəyişəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR