Azərbaycan diplomatı Nyu-York ştatında keçirilən Türkdilli Xalqlar Günü tədbirində iştirak edib

Azərbaycan diplomatı Nyu-York ştatında keçirilən Türkdilli Xalqlar Günü tədbirində iştirak edib
# 20 iyun 2013 16:30 (UTC +04:00)

Bakı-APA. İyunun 18-də ABŞ-ın Nyu-York ştatının paytaxtı Albani şəhərində Türk Amerikan Assosiasiyaları Şurası tərəfindən Türkdilli Xalqlar Günü tədbiri keçirilib. Tədbirdə Nyu-York ştatının dövlət katibi, bir sıra yerli senatorlar və Nyu York Assambleyasının üzvləri, diplomatlar, o cümlədən Azərbaycan Səfirliyinin nümayəndəsi və türkdilli xalqların ABŞ-da yaşayan çoxsaylı nümayəndələri iştirak ediblər.

Eyni zamanda, tədbir çərçivəsində “ABŞ-ın türkdilli dövlətlərlə münasibətləri” mövzusunda panel keçirilib. Paneldə çıxış edən Azərbaycan, Türkiyə, Qazaxıstanı və Qırğızıstanı təmsil edən diplomatlar ABŞ və təmsil etdikləri ölkələr arasında münasibətlər barədə çıxış ediblər. Azərbaycan səfirliyinin nümayəndəsi Emin İbrahimov öz çıxışında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyətindən və Azərbaycanın güclənən beynəlxalq mövqeyindən bəhs edib. O, Azərbaycanın artıq beynəlxalq təhlükəsizliyə və regionun iqtisadi tərəqqisinə ciddi töhfə verən bir dövlət olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR