AİF istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

AİF istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
# 02 iyun 2014 14:39 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 04 iyun 2014-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100.9417% qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi – 21 dekabr 2023-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat kimi Azərbaycan Mərkəzi Bankı iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR