Hüquq müdafiəçisi “Nida”çıların həbsdə olan üzvlərinin aclıq edən valideynləri ilə görüşüb

Hüquq müdafiəçisi “Nida”çıların həbsdə olan üzvlərinin aclıq edən valideynləri ilə görüşüb
# 22 aprel 2014 14:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin aclıq edən valideynləri ilə görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, onlara aclığı dayandırmağı təklif edib: “Xahiş elədim ki, yaşlı adamlardırlar, aclığı dayandırsınlar. Hələlik məhkəmə hökmü yoxdur. Bu məsələlər hüquq müstəvisində həll edilir. Məhkəmə hökmündən narazı qalsalar, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etsinlər. Lakin onlar aclığa dözdüklərini bildirdilər və məndən Bakı İstintaq təcridxanasında saxlanılan övladları ilə görüşməyi xahiş etdilər. Mən də bildirdim ki, Ədliyyə Nazirliyi bizim orada monitorinq keçirməyimizə qadağa qoyub. Lakin mən onlarla görüşə icazə verilməsi üçün prezidentə müraciət edəcəyəm”.

Qeyd edək ki, dövlət ittihamçısının ittiham çıxışına etiraz əlaməti olaraq həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvləri və onların valideynləri aclıq aksiyası keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR