Avropa Birliyi İranın 7 bankı və 2 şirkətini yenidən “qara siyahı”ya salıb

Avropa Birliyi İranın 7 bankı və 2 şirkətini yenidən “qara siyahı”ya salıb
# 18 noyabr 2013 08:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyi İranın 7 bankı və 2 şirkətini yenidən “qara siyahı”ya salıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu addımın müvəqqəti xarakter daşıdığı bildirilir. Çünki İran tərəfinin şikayəti üzərinə həmin bank və şirkətlər bir müddət əvvəl Avropa Məhkəməsi tərəfindən sanksiyadan azad edilib və onların bu ölkənin nüvə proqramı ilə bağlı olmadığı təsdiqlənib.

Buna baxmayaraq, qərardan apellyasiya şikayəti verilib və həmin qurumların İranın nüvə fəaliyyətlərinə yardım göstərməsi ilə bağlı Apellyasiya Məhkəməsinə bir sıra yeni sənədlər təqdim edilib. Ona görə də məhkəmənin yekun qərarı açıqlananadək İranın 7 bankı və 2 şirkəti Avropa Birliyinin “qara siyahısı”nda olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR