İraqda partlayış nəticəsində 12 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb

İraqda partlayış nəticəsində 12 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb
# 01 sentyabr 2013 00:46 (UTC +04:00)

Bakı-APA. İraqın mərkəzi hissəsində törədilmiş güclü partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayıcı quraşdırılmış avtomobil paytaxt Bağdaddan 100 km aralıda, Ər Ramadi şəhərinin insanların sıx olduğu mərkəzi küçəsində baş verib.

Qeyd edək ki, KİV-lərin məlumatına görə, cari ilin əvvəlindən indiyədək İraqda 3700-dən çox insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR