Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi daha üç xidmət elektronlaşdırlıb

Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi daha üç xidmət elektronlaşdırlıb
# 06 iyun 2014 15:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi daha üç elektron xidmət “Elektron hökumət” portalı üzərindən təqdim olunacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, portala “Bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi üçün müraciət və sənədlərin qəbulu”, “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciət və sənədlərin qəbulu” və “Bitki və bitkiçilik məhsullarının ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu” elektron xidmətləri inteqrasiya edilib.

Bununla da “Elektron hökumət” portalında kənd təsərrüfatı sahəsi üzrə istifadədə olan xidmətlərin sayı 19-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR