Əbülfəs Qarayev Ukrayna, Gürcüstan, Latviya, Çexiya və Özbəkistan kino xadimlərini qəbul edib - VİDEO - FOTOSESSİYA

Əbülfəs Qarayev Ukrayna, Gürcüstan, Latviya, Çexiya və Özbəkistan kino xadimlərini qəbul edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 30 sentyabr 2013 11:38 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi ilə bağlı ölkəmizə gələn Ukrayna, Gürcüstan, Latviya, Çexiya və Özbəkistandan olan kino xadimlərini qəbul edib.

APA-nın məlumatına görə, Ə.Qarayev bildirib ki, kinostudiyanın 90 illik yubileyi Azərbaycan kino tarixi üçün əlamətdar hadisədir. Nazir ölkəmizin kino sahəsində digər dövlətlərlə əməkdaşlığını yüksək qiymətləndirib: “Biz qarşılıqlı əməkdaşlıqdan məmnunuq. Kinostudiyanın 90 illiyini dövlət səviyyəsində qeyd edəcəyik. Azərbaycanda kinonun inkişafı üçün dövlət proqramı var və həmin proqramdan irəli gələn məsələlərin həlli üçün çalışırıq. Biz gənclər arasında kino müsabiqələri keçirir və müasir kinonun inkişafında onların potensialından istifadə edirik”.

Nazir əlavə edib ki, son illərdə çəkilən filmlər beynəlxalq kino festivallarına dəvət alır və bir sıra filmlər beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib: “Azərbaycanda yeni kinematoqrafçılar ittifaqı fəaliyyətə başlayıb. Bu ittifaq gənclərin çəkdiyi filmlərin nümayişini təşkil edir, kinonun inkişafı üçün bir sıra işlər görüb. Biz sənədli, bədii və tarixi filmlər çəkirik. Çalışacağıq ki, bu işləri daha da genişləndirək”.

Görüşdə “Özbəkfilm” kinostudiyasının direktoru Fayziraxmon Usmanov, Çexiyanın “Barrandov” studiyasının servis direktoru Petr Tichy və başqaları Əbülfəs Qarayevə və “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova ölkələri adından kino diskləri və müxtəlif hədiyyələr təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR