Budapeştdə Azərbaycan-Cənubi Koreya musiqi gecəsi keçirilib

Budapeştdə Azərbaycan-Cənubi Koreya musiqi gecəsi keçirilib
# 11 iyun 2014 16:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Macarıstandakı səfirliyi və Budapeştdə fəaliyyət göstərən Cənubi Koreya Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan-Cənubi Koreya musiqi gecəsi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, gecədə Norveçin Grig Musiqi Akademiyasında təhsil alan gənc Azərbaycan musiqiçiləri Humay Qasımzadə və Jalə Əliyeva Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun, gənc bəstəçi Türkər Qasımzadənin, eləcə də tanınmış Cənubi Koreya bəstəkarı İsang Yunun əsərlərini ifa ediblər.

Qonaqları salamlayan səfir Vilayət Quliyev bu konserti əslində dörd ölkənin - Azərbaycan, Cənubi Koreya, Norveç və Macarıstanın iştirakı ilə baş tutan kiçik mədəniyyət bayramı kimi dəyərləndirib, dünyanın nüfuzlu musiqi mərkəzlərində təhsil alan azərbaycanlı gənclərin milli musiqinin təbliğinə və dünya klassikasının tanıdılmasına mühüm töhfə verdiklərini söyləyib.

Tədbirdə Koreya Respublikasının Macarıstandakı səfiri Gvan-Pyo Nam, Budapeştdə akkreditə olunan diplomatik korpusun digər nümayəndələri, sənət adamları, Azərbaycan diasporunun üzvləri, Cənubi Koreya Mədəniyyət Mərkəzinin əməkdaşları, Ferens List Musiqi Akademiyasının tələbələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR