Səfir: “Bakı – Nyu-York aviareysinin açılması istiqamətində xeyli irəliləyiş əldə edilib”

Səfir: “Bakı – Nyu-York aviareysinin açılması istiqamətində xeyli irəliləyiş əldə edilib”
# 16 may 2014 11:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycana uçuşlara icazə verən birinci dərəcəli sertifikat verib: “Son addım olaraq təhlükəsizlik təftişi olmalıdır. Biz güman etmirik ki, burada hər hansı xoşagəlməz hal və ya yubanma baş versin. Yenə də qeyd etmək istərdim ki, yayın sonları, payızın əvvəlində aviareysin açılması ehtimalı çox yüksəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR