® Azərbaycanın tikinti sektorunda ilk Mall istifadəyə verilib - FOTO

<font color=red>® </font>Azərbaycanın tikinti sektorunda ilk Mall istifadəyə verilib - <span style="color: red;">FOTO
# 07 oktyabr 2013 07:30 (UTC +04:00)

«Technomall» adlanan bu ticarət mərkəzi ölkədə sürətlə inkişaf edən bazar alış-verişini modern şopinqlə əvəzləyib. Daha tikinti üçün professional alət və avadanlıqları müxtəlif yerlərdə axtarmağa ehtiyac olmayacaq – 6 mərtəbəli yeni ticarət mərkəzi keyfiyyətli məhsul təqdim edən dünyanın 20-yə yaxın məşhur brendini – «Bosch», «Beta», «Stanley», «Norton», «Telwin», «Magmaweld», «Kleiberit», «Henkel», «Mark», «Chicago Pneumatic», «Çağsan Merdiven», «Rothenberger», «Turan Makina» və başqalarını bir yerdə təqdim edir. Xüsusilə, tikinti şirkətləri və iri təchizatçılar üçün vacib olan «Technomall»un açılışını «Azərsun», ARDNŞ, «Azərsu», «Azəriqaz», «Hidro-Park», «Gilan İnşaat», «İlk İnşaat», «Azvirt» və s. kimi iri şirkətlərin nümayəndələri alqışlayıblar.

Yeni açılmış ticarət mərkəzi haqqında təəssüratlarını bölüşən Almaniyanın «Bosch» şirkətinin regional nümayəndəsi Jordan Kostov qeyd edib ki, «Technomall» təkcə regionda deyil, bütün Avropada bu sahə üzrə ixtisaslaşmış yeganə ticarət mərkəzidir. «Technomall»un açılışına toplaşmış yerli və beynəlxalq şirkətlərin nümayəndələri 6 mərtəbəli binanın şatış zonalarını gəziblər. Ticarət mərkəzindəki genişlik, bir-birindən fərqləndirilmiş bölmələr və onların təqdimatı, müştərilərə xidmət guşələri açılışa dəvət olunanların böyük marağına səbəb olub.

«Technomall» ilə qonaqları tanış edən «Universal Az» şirkətinin baş direktoru Ramin Nurulla ticarət mərkəzində bu sektor üçün çox vacib olan satışsonrası servisə geniş yer ayrıldığını bildirib. Şirkət rəhbəri yeni Mall-da qiymətlərin «Universal»ın əvvəlki mağazasındakı qiymətlərdən daha aşağı olduğunu qonaqların diqqətinə çatdırıb. «Belə bir modern satış mərkəzinin açılmasında tək bizim şirkətin deyil, həm də partnyorlarımızın və bizi daim qiymətləndirən müştərilərimizin böyük əməyi var», – deyə «Universal Az» şirkətinin baş direktoru deyib.

Fransanın «Saint Gobain» şirkətinin təmsilçisi Gentgen Jeorges «Technomall»un gerçəkləşmiş xəyal olduğunu bildirib və «Universal Az» şirkətinə müştərilərin etibarını bundan sonra da doğrultmağı arzulayıb.

Qeyd edək ki, yeni ticarət mərkəzinin açılışı ilə «Universal Az» şirkəti Dərnəgül şossesi, Ziya Bünyadov prospekti,2075 ünvanında yerləşən mağazasını bağlayaraq, onu da Əhməd Rəcəbli küçəsi,19 ünvanına – «Technomall»a köçürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR