Əlillərin Ümumrespublika Bədii Yaradıcılıq Baxış-Müsabiqəsinin final mərhələsi keçiriləcək

Əlillərin Ümumrespublika Bədii Yaradıcılıq Baxış-Müsabiqəsinin final mərhələsi keçiriləcək
# 25 noyabr 2013 16:42 (UTC +04:00)

Bakı – APA. Noyabrın 26-28-də Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor Evində Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin final mərhələsi keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, final mərhələsində 86 nəfər əlil şəxs və 48 nəfər sağlamlıq imkanları məhdud uşaq muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində öz istedad və qabiliyyətlərini nümayiş etdirəcəklər. Yekunda müsabiqənin qaliblərinə mükafatlar, həmçinin iştirakçılara həvəsləndirici mükafatlar veriləcək. Noyabrın 30-da isə baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə Dövlət Gənc Tamaşaçılar Teatrında yekun konserti keçiriləcək.

Xatırladaq ki, Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq təşkil olunub. İlkin mərhələdə Bakı, Gəncə, Naxçıvan, Mingəçevir, Xaçmaz, Şəki, Lənkəran və Sabirabad şəhərlərində zona baxış-müsabiqələri keçirilib və münsiflər heyətinin qərarına əsasən ümumilikdə 134 nəfər əlil şəxs və sağlamlıq imkanları məhdud uşaq baxış-müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR