Bakıya güclü yağış yağıb - VİDEO

Bakıya güclü yağış yağıb - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2013 22:26 (UTC +04:00)

Bakı – APA. Sentyabrın 24-də gecə Bakı və Abşeron yarımadasında güclü yağış yağıb.


APA-nın məlumatına görə, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış bir müddət davam edib. Güclü yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr meydana gəlib.

Bəzi ərazilərə isə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü yağışın hansı fəsadlara səbəb olduğu hələlik dəqiq məlum deyil.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya sentyabrın 23-dən 24-nə keçən gecə Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, sentyabrın 24-də gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyinin gözlənildiyi bildirilib.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 24-29 dərəcə isti olacaq. Dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti müşahidə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR